Bu günədək aleksandrit lazer epilyasiyası xoşagəlməz saçlarınızdan HƏMİŞƏLİK canınızı qurtarmaq üçün YEGANƏ bir üsuldur. Bu ifadənin əsas sözü isə HƏMİŞƏLİK-dir. Bütün digər epilyasiya usulları (mum, elos, fotoepilyasia, diodlu, elektrik epilyasiya) problemin yalnız müvəqqəti həllini təklif edir. Məhz buna görə də Candela lazer apparatının qiyməti (modifikasiyasından asılı olaraq) təxminən 110000-130000 manat təşkil edir. Müqaisə üçün digər fotoepilyasiya, elos, elektrik epilyasiya və sair apparatların qiyməti yalzın 3000-8000 manata bərabərdir. Bu mətndə biz Sizə mürəkkəb professor izahatlarından kənar, lazer apparatının iş prinsipini izah edəcəyik. Bizim Candela GentleLasePRO apparıtını nümunə götürərək biz sizə onun gördüyü işlər və, tamamilə təhlükəsiz olduğu barədə məlumatlandıracayıq və digər məlumatı təmin edəcəyik.


Lazer epilyasiyasının əsas prinsipi saç folikulunun(kötüyünün) yandırılmasıdır. Hər bir yandırma anında şüa saçın yuxarı hissəsindən kötüyüdək keçir və tərkibində ən çox melanin olan folikulda isitmə enerjisinə çevrilir. Nəticədə həmin isitmə enerjisi folikulun özünün isinməsinə və dağılmasına gətırıb çıxarır. Bununla belə folikulun ömrü bir anda kəsilir və saçın qidalanması dayandırılır. Bəzi hallarda yanmış saçlar dərhal tökülür, digər hallarda isə onlar 10 günədək qara xal şəklində qalır (bunlar yanmış və artıq ölmüş saçların kiçik kötükləridir), və daha sonra tökülür. Bu proses orqanizminin fərdi, fizioloji xüsusiyyətlərindən asılıdır. Saçın yandırma katalizatoru qismində folikulun öz tərkibindəki melanindən istifadə edilir. Təəsüflər olsun ki, melaninin olmadığı səbəbindən lazer epilasiyası açıq rəngli və sarı saçlara təsir göstərmir. Indi isə zəruri seansların sayı və bir prosedurun kifayyət olmadığı haqqında. İnsan orqanizmi unikal və güclü sistemdir və bu sistemdə regenerasiya və bərpa funksiyaları yüksək səviyyədə inkişaf etmişdir. Saçlar iki növə bölünür : aktiv artım mərhələsində olan saçlar və "yatan" vəziyyətdə olan saçlar. Epilyasia proseduru zamanı yalnız aktiv artım mərhələsində olan saçlar təsirə məruz qalır. Bir qayda olaraq həmin vəziyyət yalnız 20% saçlara aiddir. Bu saçların məhv olunmasından sonra orqanizm öz bərpa və ehtiyat funksiyalarını aktivləşdirir və saçlar yenidən böyüməyə başlayır. Buna görə də təzə saçlar yenidən böyüyəndən sonra və "yatan" saçlar tamamilə bitənədək təkrar prosedurların keçirilməsi zəruridir. Bu da o deməkdir ki, müəyyən sayda təkrar prosedurların nəticəsində saçlarımın tamamilə məhv olunmasını əldə etmək olar.

Orta hesabla 7-8 seansın keçirilməsi kifayyət olur, ən nadir hallarda isə seansların sayı 12 təşkil edə bilər, lakin belə bu çox çox nadir hallarda baş verir. Saçlar ən tez saçlar qoltuğlarda, bikini sahələrində və əllərdə məhv olunur. Ən uzun müddət isə üz saçları üçün tələb olunur, çünki bu hormonal asılı sahədir.

Facestudio saçların marsimum 12 seans ərzində tamamilə məhv olmasına zəmanət verir (üzdən başqa bütün sahələr üçün), həmin zəmanət ondan ibarətdir ki, əgər siz epilyasiya olunan sahədə 12 seans ərzində saçlarınızdan tamamilə azad olmasanız, o zaman biz bütün sizin pulunuzu sizə qaytarmağa hazırıq. Bizim məlumatımıza görə bu cür zəmanəti heç bir başqa studiya vermir, bu da onunla bağlıdır ki apparatıarda işləyən peşakarların səviyyəsi kifayyət qədər yüksək deyil, əlavə olaraq onların bəziləri ömür boyu onlara səfər edən "daimi" müştəri qazanmaq məqsədi ilə enerjini qəstən azaldır və ən nəhayət ona görə ki, onlar sadəcə olaraq istehlak materiallarında qənaət edir və bunun nəticəsində apparat effektivliyini daha da azaldırlar Bizdə həyata keçirilən lazer epilyasisının effektivliyi nədən ibarətdir ? Birinci nöbdədə bizim əsas qürür mənbəyimiz bizim peşakarlarımızdır - bizim işçi heyyətimizə yalnız həkimlər daxildir (özü də sözün əsl mənasında uzun müddət ərzində xəstəxana və klinikalarda işləmiş həkimlər) və bu həkimlər məhz lazer appatlarında iş üzrə NƏHƏNG təcrübəyə malikdir. Söhbət ondan gedir ki, yaxşı nəticənin 70%-i fərdi müştəri üçün optimal enejinin düzgün seçilməsi ilə mümkün olur.
Enerji müştərinin saç tipi və dərisi əsasında müəyyən edilir, bununla belə lazımı səviyyədən aşağı enerji seçilərsə-heç bir effekt əldə etmək mümküm olmayacaq, zəruri səviyyədən yüksək enerji olduqda isə-bədəndə yanıq əmələ gələ bilər və bu yanığın sağalma müddəti minimum bir il təşkil edəcək. Belə ki, birdə təkrarlamaq istəyirik - prosedurun əsl canı enerjinin qızıl ortasını seçməkdən ibarətdir - başqa sözlə hən yaxşı nətıcə alınsın, həm dəm bununla belə dəridə heç bir yanıq əmələ gəlməsin.

Bizim peşakarlar bu sahədə çox güclüdür və buna görə də lazer epilyasıyasından gözlənilən əsl lazımı effekt əldə etmək mümkündür - saçlar ömrlük məhv olur.
Bu səbəbdən də biz bəzi adamlardan eşində ki, onlar başqa salonlararı 3-4 il (!) ərzin səfər ediblər biz özümüzü birtəhər hiss edirik. Belə çıxır ki, həmin adamlarla iş qəsdən aşağı salınmış enerji yaxud köhnə apparatlar vasitəsi ilə aparılır. Halbuki belə bir hal baş verməməlidir - lazer epilyasiyası yapışqan deyil ki, ondan bütün ömür boyu istifadə edilsin, əks halda onun qiyməti də yapışqanla yaxud depilyasiya kremi ilə bərabər səviyyədə olardı. Yeri düşmüşkən apparatlar haqqında, bu mətn yazılan zamanda bizdə 12 apparat mövcud olmuşdur. Deyilənlərə əsas salon seçdikdə çox diqqətli olun ki, pulunuzu əbəs yerə hərcləməyəsiniz. Salon seçiminizi düzgün edin – biz yuxarıda artıq yazdığımız kimi, yalnız biz saçlarınızın maksimum 12 seans ərzində tamamilə məhv olunmasına Moneyback zəmanətini veririk.

Aşağıda biz lazer epilyasiyası ilə bağlı ən çox verilən suallara cavab vermək istərdik :

1. Lazer epilyasiyanın hansı əks göstərişləri var ?

Vitiliqo, mastopatiya və ümumilikdə onkoloji xəstəliklər lazer epilyasiyasının əks göstəriş siyahısına
daxildir. 

Hamiləlik boyük epilyasiya sahələri üçün nisbi əks göstəriş sayılır. Söhbət ondan gedir ki, şüalanma diapazonu uşağa heç bir mənfi təsir göstərmir, lakin böyük epilyasiya sahələri olduqda, orqanizm hər halda stressə məruz qalır, həmin stress isə uşaq üçün arzuolunmazdır. .

2. Mən SOPRANO apparatı haqqında eşitmişəm, deyilənlərə görə o ağrısızdır ?

Siz tamamilə düzgün eşitmisiniz, o ağrısızdır, lakin bununla yanaşı o eyni dərəcədə qeyri-effectivdir. Biz Bakıda həmin apparatı alanların arasında birincilərdən biri olduq, amma daha sonra pulu boş yerə hərclədiyimizi anladığımızdan sonra biz vaxtında ondan canımızı qurtardıq. Problem ondan ibarətdir ki, bu apparat tamamilə başqa prinsip və şüanın daxil olma üsulu əsasında işləyir və buna görə də lap 1000 seans keçəndən sonra da saçlar necə böyüyürdü elə də böyünməsini davam etdirəcək. Bu apparat haqqında rəylərlə birgə daha ətfaflı məlumatı siz Russiyanın woman.ru forumunda əldə edə bilərsiniz. Həmin forumda bu apparat 98% mənfi rəy almışdlr.

3. Mən eşitmişən ki, lazer epilyasiyası limfalara və digər orqanlara təsir edir, bu həqiqətən
elədir ?


Bu yalnız və yalnız nənə nağıllarıdır :-) Söhbət ondan gedir ki, lazer şüası 700-800нм dərinlikdə dərinin altina təsir edir, limfalar və digər həyat üçün vacib orqanlar isə 2000нм dərinlikdə dəri altında yerləşir, məhz buna görə də lazer şüası öz imkanlarına görə heç bir halda və heç bir yolla bu orqanlara təsir göstərə bilməz.

4. Lazer epilaysiyasının ikinci seansını nə vaxt keçirmək lazımdır ?

Təzə saçlar böyüməyə başlayan kimi yığım effektini canlandırmaq məqsədi ilə dərhal ikinci seansa gəlmək gərəkdir. Bir qayda olaraq birinci seansdan etibarən saçlar 1-2 aydan sonra böyüməyə başlayır.

Lazer epilyasiyası — ağrı verəndir yoxsa yox?

Bu suala birmənalı cavab vermək mümkün deyil, məhz ona görə ki, hər adamın ağrıya dözümlüyü müxtəlif səviyyədədir. Heç bir zaman lazer epilyasiyasını sınaqdan keçirməyənlər prosedur zamanı yeni hissiyətlərlə rastlaşa bilər. Amma sizi gözləyən ən pis əlamət yalnız yüngül sancma ola bilər. Bu hissiyət isə saç dartması yaxud üz qirxma zamanı yarana biləcək kəsiklərlə heç bir halda müqaisə ola bilməz (!).


6. Dəridə tüklər nə uzunluqda ola bilər ?


Optimal nəticə əldə etmək üçün tüklərin uzunluğu 1 mm-dən 3 mm-dək olmalıdır. Butun üçün onları prosedurdan 2-3 gün əvvəl qirxmaq kifattətdir. Heç bir halda tükləri özünüz çıxarmayın və mumla aradan qaldırmağa çalışmayın


7. Niyə bütün saçları bir dəfəyə məhv etmək mümkün deyil ?


Ona görə ki, saçlar müxtəlif böyümə mərhələsindədir! Saç folilulun daxilində "yatan" vaxtda lazer şüasının ona çatmaq üçün heç bir imkanı yoxdur. Yalnız artıq "oyanmış" və prosedur zamanı aktiv böyümə mərhələsinə çatan saçları məhv etmək imkanı var.

8. Sizin 12 seans üçün verdiyiniz zəmanət nədən ibarətdir ?


Zəmanət üz istisna olmaqla bütün sahələrə aiddir. Üz hormonal asılı sahədir və buna görə üz üçün əlavə seansların keçirilməsi tələb olunur. Zəmanət ondan ibarətdir ki, əgər 12 ardıcıl seansın keçirilməsindən sonra sizin saç artımınız başa çatmazsa, o zaman biz sizə bütün pulunuzu qaytarmağa hazırıq. Söz yox bu yalnız siz bütün bizim seanslara vaxtında səfər edəcəyiz halda mümkündür.