Bu prosedur studiyamızın ən popular prosedurlarından olduğu üçün biz qərara gəldik ki, ayrı bir bölümü ona həsr edək .


Birinci növbədə qeyd etmək istəyirik ki, artıq uzaq olan 2009-cu ildə keratini Azərbaycana ilk gətirəni biz olduq. O zaman heç bir digər salon bu proseduru həyata keçirmirdi. Bu da o deməkdir ki, biz bu sahədə ən zəngin təcrübəyə malik peşakarıq, başqa sözlə bu mətn yazılan anda (28.07.2017) biz artıq səkkiz il ərzində saçların keratin düzləşdirməsi ilə məşğul oluruq.


Yerə gəlmişkən biz bu prosedur barədə daha ətraflı məlumat vermək istəyirik. Bu prosedur nə edir ? Onun saçlara göstərdiyi təsiri nədən ibarətdir və sair.


Birinci növbədə keratin bərpasının əsas effekti saçların uzun müddət ərzində (4 aydan 6 ayadək) düzlənməsidir və nəticə sizin saçlarınız daimi saç düzləşdirmə effektinə malik olur. Bunun üçün saçlarınızı yuduğunuzdan sonra yalnız fenlə qurulamaq kifayyətdir və sizin saçlarınızın görkəmi salon saç düzümünə bənzər olacaq.


Bundan başqa keratin düzləşdirmə / bərpa nəticəsində misilsiz müalicə effekti əldə edilir. Saçlarımızın tərkibinin 80%-i onsuzda keratindən ibarətdir və bütün düzləşdirmə müddəti ərzində saçlar keratinlə əlavə dərəcədə qidalanır. Keratin saçlara parıltı, ipək yumşaqlıq, yüngül darama qabiliyyətini təmin edir və hətta saç tökülməsinin qismən qarşısını alır.  


Öz müalicəvi xüsusiyyətinə görə keratin saç düzləşdirməsi boyalanmış və hətta ağardılmış saçlar üçün istifadə oluna olar, məhz ona görə ki, nəticədə saçlar nəinki yalnız zədələnmir, əksinə onlar prosedurun əvvəlinə nisbətən daha da yaxşı olur. Bununla belə bu prosedur ideal tərzdə zədələnmiş və son dərəcədə qurudulmuş saçlar üçün yararlıdır. Yalnız bir vacib məqamı nəzərə almaq lazımdır- - boyalana/ağartma ilə keratin düzləşdirmə arasındakı vaxt intervalı 2 həftədən az olmamalıdır.


Əvvəlki vaxtlarda prosedurdan sonra saçları üç gün ərzində yumaq olmaz idi, indi isə yeni ən müasir super tərkibli prepatlar peyda olduqdan sonra siz və biz bu problemdən azad olduq. Bu gün saçları artıq prosedur başa çatmasından etibarən 20 dəqiqə keçəndən sonra yumaq olar, Siz yalnız saçlarınızı yuyursunuz, fenlə qurudursunuz və - buyurun sizin saç düzümünüz hazırdır. Sulfatsız şampunların və kondisionerlərin istifadəsi mütləqdir, çünki mağalarda satılan şampunların tərkibində keratini yuyub çıxaran sulfat mövcuddur. Belə adi mağaza şampunlardan istifadə edildikdə, saç düzləşdirməsi maksimum 1-2 ayda qorunub saxlanacaq. Keratinin saçlarınızdan yuyulmasının qarşını almaq üçün siz sulfatsız şampunları və kondisionerləri bizdən əldə edə bilərsiniz.


Və ən vacib əlamət - bizim işlətdiyimiz preparat tərkibində formaldeqid olmadığına görə şöhrət qazanmışdır. Halbuki formaldeqid toksik olaraq bir sıra digər brendlərdə mövcuddur. Nəticədə prosedur həm siz həm də biz üçün tamamilə təhlükəsizdir. Bu prosedur hətta hamilə və əmizdirən analar üçün də keçirilə bilər!


Həm bu prosedur üçün, həm də lazer epilyasiya üçün Moneyback zəmanəti qüvvədədir. Moneyback zəmanəti o deməkdir ki, saçlar MIMIMUM 4 ay ərzində düzlənmiş olaraq qalacaqdır.